Əlaqə Arxiv
news Image
2012.09.06
20:45
| A A A
Mal, qoyun və quş əti ucuzlaşıb
Süd və yumurta bahalaşıb...

Dövlət Statistika Komitəsi avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 4,1 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 3,6 faiz ucuzlaşmış, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,1 faiz bahalaşıb.

Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,4 faiz, kartofun 10,8 faiz, baş soğanın 0,6 faiz, baş sarımsağın 5,0 faiz, çuğundurun 12,6 faiz, xiyarın 24,6 faiz, pomidorun 0,3 faiz, badımcanın 5,5 faiz, bibərin 33,1 faiz, yoncanın istehsalçı qiymətləri 1,3 faiz ucuzlaşıb. Buğdanın istehsalçı qiymətləri 0,7 faiz, yaşıl lobyanın 16,7 faiz, qarpız və yemişin 2,2 faiz, göyərtilərin 2,5 faiz, quru otun istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb. Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 10,6 faiz, almanın 3,7 faiz, armudun 4,5 faiz, şaftalının 13,7 faiz, gavalı və göyəmin 2,5 faiz, fındığın istehsalçı qiymətləri isə 8,3 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, mal, qoyun və quş ətinin (diri çəkidə) müvafiq olaraq 0,7 faiz, 0,3 faiz və 4,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri 1,3 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inək südünün istehsalçı qiymətləri 6,4 faiz, yumurtanın istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunub.

Sizin Reklam Yeriniz