news Image
2012.09.07
11:35
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 07-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 26-29 dərəcə isti olacağı gözlənilir. 
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 07-də hava şəraitinin əsasən gecə və səhər şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq. 
Tibbi-meteoroloji proqnozlara görə isə sentyabrın 07-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün nisbətən əlverişsiz olsa da, 08-09-da meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs