Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında
sentyabrın 11-də hava şəraitinin tutqun olacağı,
fasilələrlə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi
axşam mülayimləşəcək. Havanın temperaturu gecə 15-17, gündüz 17-21
dərəcə isti olacağı gözlənilir.
Hava şəraitinin təzadlı dəyişməsi ilə əlaqədar Abşeron çimərliklərində əlverişsiz hava şəraitinin müşahidə olunması dəniz suyunun temperaturunun ötən günlərlə müqayisədə 2 dərəcəyədək aşağı enəcəyi, 21-22 dərəcə isti təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 11-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnozlara görə sentyabrın 10-u axşam və 11-də hava şəraitinin təzadlı dəyişərək küləkli, yağmurlu keçməsi və temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sentyabrın 12-13-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.