Əlaqə Arxiv
news Image
2012.09.12
18:28
| A A A
İnternet qiymətləri ucuzlaşmağa doğru gedir

Məlum olduğu kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan Bakinternet internet provayderi və Aztelekom İstehsalat birliyi internet şəbəkəsinə çıxışın dəyərini aşağı saldığını elan edib. Artıq internet istifadəçiləri bundan sonra hər iki provayderin abunəçilərinin qeyri-məhdud ADSL giriş üçün 1024 Kbit/s 10 manatdan 10240 Kbit/s 80 manatadək (installyasiyanın dəyəri beş manat) ödəyəcəklər.

Nəzərə alsaq ki, ölkədə 35-dən artıq provayder var və dövlətə məxsus bu iki provayder limitsiz internet qiymətlərini aşağı salıb, o zaman sual yaranır ki, görəsən özəl provayderlər də bu addımı atacaqlarmı? Ekspertlər hesab edir ki, analoji addımlar özəl provayderlər tərəfindən də atılmalı, onlar da internet şəbəkəsinə çıxışın dəyərini aşağı salmalıdırlar. Bu, istehlakçıların marağına cavab verməklə yanaşı, internet istifadəçilərinin sayının artımına da təsir göstərmək iqtidarındadır. Hər halda Bakinternet və Aztelekomun təcrübələrini təkrarlamaq özəl provayderlər üçün də məqbul olardı.

Xatırladaq ki, Bakinternet bütün Bakı şəhərini və onun qəsəbələrini əhatə edir. Aztelekom İstehsalat Birliyi isə Azərbaycanın regionlarında vətəndaşların sürətli internetə çıxışını təmin edir. Özəl provayderlərin əksəriyyəti paytaxtda məhdud əhatədə fəaliyyət göstərir. Bir neçə özəl internet satıcısı var ki, ölkəmizin bəzi şəhər və rayonlarında da internet satışını aparır.

Sizin Reklam Yeriniz