Əlaqə Arxiv
news Image
2012.09.13
20:12
| A A A
Tanınmış teleaparıcının vəziyyəti ağırdır

Onun sağalması üçün 100 min avro pul lazımdır. Xəzər TV-də "Xeyir körpüsü" verilişində xeyirxah aksiyaları ilə hamıya kömək edən aparıcı Nuran Hüseynovun səhhətində ciddi problem yaranıb. Bu barədə Lent.az-a "Parni iz Baku" komandasının üzvü, aktyor Bəhram Bağırzadə məlumat verib. O bildirib ki, ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkən aparıcının vəziyyəti ağırdır. Aparıcının müalicəsi üçün təcili 100 min avro pul lazımdır. 

Bu yaxınlarda xəstənin ziyarətinə gedən Bəhram Bağırzadə aparıcıya kömək məqsədi ilə ictimaiyyətə müraciət edib: "Əziz dostlar. Mən bir neçə gün əvvəl Vyanadan qayıtmışam. Hacı Nuranın vəziyyəti çox pisdir. Gəlin, bu çətin anda Nuranı xilas edək. O, hər zaman insanlara yardım edib. Nuran yetimdir. Onun heç kimi yoxdur. Biz ona bu köməkliyi etməliyik. O, efirə qayıtmalı, yenidən insanlara öz xeyirxah əməlləri ilə xidmət etməlidir. İndi isə onun özünə kömək lazımdır".


Bank rekvizitləri: DenizBank Aktiengesellschaft
Ünvan :Thomas-Klestil-Platz 1, A1030 Vienna, Avstriya
Swift / BIC - ESBKATWW
IBAN - AT40196504266239550

Sizin Reklam Yeriniz