Əlaqə Arxiv
news Image
2012.09.14
18:27
| A A A
Çində əvvəlcədən virus quraşdırılmış kompyuterlər satırlar
"Microsoft"un şəxsi araşdırması çərçivəsində əldə etdiyi məlumatlara əsasən, Çinin bəzi şirkətləri əvvəlcədən virus quraşdırılmış kompyuterlər satırlar. Kibercinayətkarlar onlar vasitəsilə istifadəçilərin şəxsi məlumatlarına çıxış əldə edə, həmçinin "DDoS" hücumlar təşkil edə bilərlər.
Movqe.Az elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, müfəttişlər iri elektronika mağazalarından 20 ədəd stolüstü və noutbuk alıblar və onları daha sonra "Microsoft"un ekspertləri sınaqdan keçiriblər.
Nəticədə məlum olub ki, bütün kompyuterlərdə "Windows XP" və "Windows 7" əməliyyat sisteminin pirat versiyaları quraşdırılıb və ya üç kompyuterdə deaktiv virus, bir kompyuterdə isə "Nitol.A" (internetə qoşulduqda aktivləşir) aşkar edilib.Maraqlıdır ki, kompyuterlərin pərakəndə şəbəkəyə daxil olmamışdan əvvəl virusa yoluxduğu bildirilib.
Sizin Reklam Yeriniz