Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda və Abşeron
yarımadasında sentyabrın 15-də hava şəraitinin günün birinci
yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində
əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın
temperaturu gecə 16-20, gündüz 25-29 dərəcə isti olacağı
gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Respublika ərazisində hava şəraitinin nisbətən sabit, dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur 2-3 dərəcə yüksələcək.