Əlaqə Arxiv
news Image
2012.09.20
11:13
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 20-dəhava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 17-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 20-dəhava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
Yay günlərini xatırladan və insanlara xoş gələn mülayim, sakit hava şəraitinin sentyabrın 22-dək davam edəcəyi gözlənilir.
Sizin Reklam Yeriniz