Əlaqə Arxiv
news Image
2012.04.13
22:49
| A A A
Zibil yeşiyi olmayanda əlac ancaq buna qalır
“Azərbaycanda küçələrdə zibil problemi”

Bakının küçələrində ki, mənzərə yenədə ürək açan deyil. Söhbət Bəxtiyar Vahabzadə küçəsindən gedir. Bu küçənin sakinləri evlərində olan zibilləri yol kənarına atmağa üstünlük verirlər. Nəticədə isə yoldan keçmək qeyri mümkün olur.  Kimin evində nə tullantı varsa, buraya atır. Mənzərədən də, göründüyü kimi piyadalar üçün nəzərə tutulan yolun bir hissəsi zibillə doludur.

Qeyd edək ki, bu küçə Bakı Dövlət Universitetinin qabağında yerləşir. Tələbələrdə hər gün bu yolla universitetə getməli olurlar.

Bu haqda lazımi qurumlardan məlumat almaq istəsəkdə, cavab vermədilər.

Lakin zibili atan sakinlərdən birinin verdiyi məlumatda, bundan peşman olmadığını bildirdi. Onunsözlərinə görə, əgər tezliklə buraya zibil qutuları qoyulmasa, onlar yenədə bu əməllərini etməyə davam edəcəklər. Çünki yaşayış yerindən zibil yerinə getmək üçün 15 dəqiqə vaxt tələb olunur.

Qeyd edək ki, qabaqlar burada zibil yeşikləri var idi. Lakin metronun tikintisinə başlandıqdan sonra, zibil yeşikləri naməlum səbəbdəb yığışdırıldı. Sakinlərsə çarəni zibili yol kənarına atmaqda gördülər.

Türkan Nadirqızı




Sizin Reklam Yeriniz