news Image
2012.09.24
17:19
| A A A
Marşrut avtobuslarında qiymətlər qaldırıldı - YENİ QİYMƏTLƏR

Bakı ətrafındakı qəsəbə və kəndlərə sərnişin daşıyan bəzi sərnişin avtobuslarında qiymətlər qaldırılıb. Publika.Az-ın məlumatına görə, Nardarana gedən 189, Buzovnaya gedən 107, Bilgəhə gedən 171 və 172, Şüvəlana gedən 100 saylı və.s marşrut avtobuslarında gediş haqqı 35 qəpikdən 40 qəpiyə qaldırılıb. Eyni vəziyyət Binə ticarət mərkəzinə sərnişin daşıyan 207 saylı marşrut avtobuslarında da hökm sürür. Sürücülər qiymət artımını gündəlik planın çox olması ilə əsaslandırırlar.
Qeyd edək ki, Tarif Şurası yuxarıda qeyd edilən istiqamətlərə marşrut avtobusları ilə sərnişin daşımanın 1 nəfər üçün qiymətini 35 qəpik olaraq müəyyən edib. Qiymətin dəyişdirilməsi ilə bağlı qərar qəbul olunmayıb. Buradan da məlum olur ki, sürücülər və iş adamları qiyməti özbaşına olaraq artırırlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs