Əlaqə Arxiv
news Image
2012.09.26
12:33
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 26-dahavanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 26-dahava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Sentyabrın 27-dək Respublika ərazisində payız havası davam edəcək.

Sizin Reklam Yeriniz