news Image
2012.04.13
21:49
| A A A
Mağazalarda saxta endirim kampaniyası
“Bakı mağazalarında saxta endirimlər kampaniyasının qarşısını necə almaq olar?”

Mağazalarda alıcıları cəlb etmək üçün aparılan endirim kampaniyalarından yəqin ki, hər bir kəs xəbərdardır. Lakin mağazaya daxil olduqda endirim kampaniyasının saxta olması bir çox halda baş verir. Bu haqda Mövqe.Az-a AİB sədri Eyyub Hüseynov və hüquqşünas Elçin Namazov açıqlama verdi.

Azad İstehlalçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə belə hallarda alıcılar İqtisadi İnkişaf Nazirliyinə müraciət etməlidirlər.

"Alıcı saxta endirimlərlə inzibati xətalar məcəlləsində baş vermiş dəyişikliklərə görə alıcıları qiymətlələ aldatdıqda, həmin şəxs və yaxud mağaza 3000 manatdan 5000 manatadək cərimə oluna bilər.

İstehlalçının hüququ var ki, malın bütün sənədlərinə baxsın, və qaqnuna görə mal üzərində möhür və maddi məhsul şəxsin imzası olan qiyməti olmalıdır. Istehlalçı malın ilkin rəsmi sənətlərinə baxa bilər, istehlalçı azad istehlalşı birliyinə və yaxud iqtisadi inkişaf nazirliyinə müraciət etsə onun hüuqları yüksək səviyyədə qorunar", - E.Hüseynov dedi.

Hüquqşünas Elçin Namazov isə belə halarda alıcıların əllərində sübut olmasını mütləq bildi: "Bununla bağlı İqtisadi İnkişaf Nazirliyində İstehlalçıların Müdafiə Departementinə müraciət edilməlidir. Çünki bu gün ticarətdə azadlıq yaranıb. Bu səbəbdən də, belə hadisələrdə məhkəməyə müraciət etmək də, düzgün deyil. Adətən buna yol verilmir.

İnzibati qaydada aldadan müəssənin əvvəla cəzalanması nəzərə tutulur. Çünki o inzibati qaydada məsuliyyət daşıyır.

Bu ümumiyyətlə İqtisadi İnkişaf Nazirliyinin nəzarətində olan bir məsələdir. Lakin burda əsas məsələ budur ki, gərək irəli sürülən ittihamlar sübut olunsun. Əks təqdirdə alıcı heç bir yerə müraciət edə bilmir".

Türkan Nadirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs