news Image
2012.09.28
13:04
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında sentyabrın 28-də hava şəraitinin buludlu olacağı, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. 

Havanın temperaturu gecə 17-20, gündüz 22-25 dərəcə isti olacağı gözlənilir. 

Azərbaycanın rayonlarına gəlincə isə sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnozlara görə sentyabrın 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə dəyişkənliyini bəzi meteohəssas insanlar hiss etsə də, 28-i gündüz və 29-da xəzridən sonra oksigenlə daha zəngin, təmiz, mülayim payız havası meteohəssas insanlar üçün əlverişlidir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs