Əlaqə Arxiv
news Image
2012.10.01
12:20
| A A A
Gələn ay Azərbaycan və ABŞ arasında İKT sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanacaq
Nazirlikdən "APA-ECONOMICS"ə verilən məlumata görə, Azərbaycanda İKT sahəsində əldə olunmuş nailiyyətlərlə tanış olduğunu deyən səfir ölkədə enerji sektorundan sonra İKT sahəsinin prioritet elan edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. İnternetin inkişafının da xüsusi diqqət çəkdiyini deyən R.Morninqstar qeyd edib ki, BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə cari ilin noyabrında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu respublika üçün geniş imkanlar açacaq. Belə ki, bu forumda Azərbaycan beynəlxalq aləmə tolerant, iqtisadi cəhətdən yüksək inkişaf edən, həmçinin neft sektorundan sonra qeyri-neft sektorunu, o cümlədən də İKT sahəsini inkişaf etdirən nümunəvi ölkə kimi qazandığı nailiyyətləri nümayiş etdirə bilər: "İnternet İdarəçiliyi Forumuna ABŞ Dövlət Departamentində İKT üzrə əlaqələndiricisi, səfir Filip Virvierin rəhbərliyi ilə böyük nümayəndə heyəti də gələcək və səfər çərçivəsində ABŞ-ın Azərbaycan tərəfinə təqdim etdiyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Dövlət Departamenti arasında İKT sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması planlaşdırılır".

Azərbaycanda son illər İKT sektorunda aparılan islahatlar və həyata keçirilən layihələr, xüsusilə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi, eləcə də regional layihələrdən söz açan Ə.Abbasov ABŞ-la süni peyk sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, "Microsoft" Korporasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış saziş, "Microsoft"un Azərbaycanda Data Mərkəzinin yaradılması və s. məsələlər haqda da səfiri məlumatlandırıb. Ə.Abbasov ölkədə "Elektron hökumət" quruculuğu istiqamətində aparılan tədbirlərin beynəlxalq təcrübəyə, o cümlədən ABŞ təcrübəsinə əsaslandığını da vurğulayıb.
 
Sizin Reklam Yeriniz