Əlaqə Arxiv
news Image
2012.04.13
18:55
| A A A
Tədqiqatçılar hipertoniyanın müalicəsini tapdılar

İngiltərəli alimlər hipertoniyanın müalicəsində çevriliş ediblər. Qeyd edək ki, hipertoniya – yüksək qan təzyiqi xəstəliyidir. Bu xəstəlik hər il minlərlə insanın ölümünə səbəb olur.

Alimlər hipertoniyanı yaradan fermenti nəzarət edə bilməyin yollarını tapıblar. Bu isə insult və infarktın qarşısını almaq üçün dərman istehsalında yeni bir addım deməkdir.

Təzyiqin yüksək olmasından insanların yarısı əziyyət çəkir. Ən çoxda 65 yaşından yuxarı olan şəxslər. Lakin bu xəstəlik hər gün cavanlaşır. Alimlər araşdırma zamanı belə bir qərara gəliblər ki, hər şeydə günahkar renin adlı fermentdir. Bu fermentsə adətən böyrəklərdə yaranır.

Türkan Nadirqızı

Sizin Reklam Yeriniz