news Image
2012.10.02
19:01
| A A A
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov şəhərin mərkəzinə köçüb
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov yaşayış yerini dəyişib.

APA-nın məlumatına görə, eks-prezident Bilgəhdəki bağ evindən Bakı şəhərinin mərkəzinə köçüb. Nəriman Nərimanovun heykəlinin yaxınlığındakı binalardan birinə köçən Ayaz Mütəllibov bundan sonra Yasamal rayonundakı dördotaqlı evdə yaşayacaq.

Bu mənzil A. Mütəllibova iki il əvvəl başqa bir mənzilinin əvəzinə verilib. A. Mütəllibov hazırda mühafizəçi və avtomobillə təmin olunub, onun üçün təyin olunmuş təqaüdü də alır.