news Image
2012.10.03
15:42
| A A A
Küçə Ticarəti hələ də davam edir
Qalib Rəhimov: «İndi hər şey normaldır» Əliabbas Bağırov: «İndi onların başqa yerlərə köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmur» "Ucuz ətin şorbası olmaz" deyimi hərkəsə məlumdur. Küçə ticarəti ilə məşğul olan şəxslərin deyimi isə tam fərqlidir: "Gəl ay müştəri.Ucuz və keyfiyyətli maldan qalmadı."
İnsanların hər biri ucuz və keyfiyyətli maldan yararlanmaq istəyirlər. Xüsusilə rayon və kəndlərdən gətirilən məhsulların təmiz və keyfiyyətli olmasına şəhər sakinlərini inandırmaq elə də çətin deyil. Lakin onu da nəzərə almaq lazımdır ki, bu məhsullar bəzən natəmiz yerlərdə, toz-torpağın içərisində satılır. Belə olan təqdirdə təmizlikdən və keyfiyyətdən danışmaq yersizdir.
Küçə ticarətində ucuz paltarların və əşyaların satışı ilə məşğul olan ticarətçilərin sayı da az deyil. Bəs bu gün küçə ticarətinin qarşısını almaq üçün hansı tədbirlər görülür?
Bakı Şəhər Baş Polis idarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov
 məsələ ilə bağlı işin aparıldığını və bunun uğurlu nəticələrinin olduğunu bildirdi: "Demək olar ki, küçə ticarəti yığışdırılıb. Bəzi yerlərdə ola bilsin ki qalıb. Onlar da ticarət yerlərini dəyişdiklərinə görə.İş mütəmadi olaraq aparılır. Bu kampanya xarakterli deyil. Əvvəllər metroların çıxışından çıxmaq olmurdu. Lakin indi hər şey normaldır" .
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məsələ ilə bağlı tədbirlərin davam etdiyini deyərək qeyd etdi: "Bu Bakı Şəhər Ticarət  və Xidmət Departamentinin bir nömrəli vəzifəsidir. Tədbirləri dayandırmırıq. Bu tədbirləri il boyu davam etdiririk. Harda qeyri-qanuni fəaliyyət göstərən obyektlər varsa biz onların ləğvinə çalışacayıq və bu gün də bu istiqamətdə işimizi qurmuşuq. Şəhərin ucqar yerlərində belə obyektlər varsa, bizə hər hansı bir müraciət daxil olarsa və onların qeyri-qanuni fəaliyyət göstərməsi aşkar edilərsə biz o obyektləri qanuna zidd sayaraq yığışdırırıq.
Əliabbas Bağırov küçə ticarəti ilə məşğul olanların başqa yerlərə köçürülməsi məsələsi ilə əlaqədar tədbirlərin nəzərdə  tutulmadığını qeyd etdi: "İndi onların başqa yerlərə köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmur. Yaşıl bazarın açılması, Keşlə bazarının açılması bilavasitə dediyiniz məsələ ilə bağlı idi. Şəhərin müxtəlif yerlərində pərakəndə şəkildə fəaliyyət göstərən bir çox obyektlər yığışdırıldı və küçə ticarəti ilə məşğul olanlar həmin yerlərə yönləndirildi. Onlar fəaliyyətlərini orda davam elətdirirlər. Heç bir narazılıqları yoxdur və tam razıdılar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs