news Image
2012.10.04
17:04
| A A A
Baş Prokurorluq: Elşad Abdullayev Azərbaycana gəldiyi təqdirdə təhlükəsizliyi təmin ediləcək
Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti nəzərə alınaraq, qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.

Məlumatda həmçinin bildirilir ki, "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna müvafiq olaraq E. Abdullayevin Azərbaycana gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs