AMEA Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı layihəsini Nazirlər Kabinetinə təqdim edib
Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) "Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı" layihəsini Nazirlər
Kabinetinə təqdim edib.
APA-nın xəbərinə görə, bunu AMEA-nın müxbir üzvü, humanitar bölmənin katibi Kamal Abdulla deyib.
K. Abdulla bildirib ki, Dövlət Proqramı layihəsi ilə bağlı AMEA-nın müxtəlif qurumları, Milli Məclis üzvləri, dövlət qurumlarının təmsilçiləri, hətta mənzil-istismar sahələrinin nümayəndələri ilə belə, görüşlər keçirilib, müzakirələr aparılıb: "Biz bu layihəni hazırlayarkən təsərrüfat subyektlərini və infrastrukturu nəzərə almağa çalışdıq. Mənə elə gəlir ki, normal bir layihə ortaya çıxdı. Hazırda layihəyə Nazirlər Kabinetində baxılır.