Əlaqə Arxiv
news Image
2012.10.04
20:17
| A A A
Bu ilin sonuna qədər Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqə elan ediləcək
Milli Televiziya və Radio Şurası (MTRŞ) bu ilin sonuna qədər Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün müsabiqə elan edəcək.

Bunu APA-ya MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, indiyədək Azərbaycanda regional radiostansiya olmayıb, ölkədəki bütün radiostansiyalar ümumrespublika yayımçılarıdır. 

Ona görə də MTRŞ ilkin olaraq bir bölgədə regional radiostansiya açmağı düşünür: "Ölkədə radiostansiyaların sayı azdır. Yeni regional radiostansiyanı Gəncədə açmağı düşünürük. Gəncə əhalisinin sayına və böyüklüyə görə ölkənin ikinci şəhəridir. Ona görə də burada regional radiostansiyanın açılmasına ehtiyac var. Gəncədə regional radiostansiyanın necə işləməsinə baxacağıq, özünü doğrultsa, digər bölgələrdə də regional radiostansiyalar açmaq barədə düşünəcəyik".
 
Sizin Reklam Yeriniz