Əlaqə Arxiv
news Image
2012.10.07
12:13
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-19, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə oktyabrın 07-də gündüz əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Həftə sonu Respublika ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
Sizin Reklam Yeriniz