Xaricidə təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması ilə bağlı elektron sistemin təqdimatı keçirilib
Bu gün Təhsil Nazirliyində xarici
ölkələrdə təhsil almış azərbaycanlı gənclərin diplomlarının
tanınması ilə bağlı yeni elektron sistemin təqdimatı
keçirilib. APA-nın məlumatına
görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki,
diplomunun tanınması ilə bağlı müraciət edən şəxsə elektron ərizə
ilə müraciət etdikdən sonra ona təhlükəsizlik kodu veriləcək:
"Müraciət edən həmin kodla sistemə daxil olaraq, öz ərizəsinə
baxılma vəziyyətini öyrənə biləcək. Bu sistem əsasında müraciət
edən şəxsə sənədlərindəki hansısa çatışmazlıq və ya sənədlərinin
qəbul olunub-olunmadığı barədə məlumat verilir. İstənilən dövlət və
qeyri-dövlət müəssisəsi bu sistemdəki məlumatlar barədə mütəmadi
olaraq, informasiya əldə edə biləcəklər. Müraciət edənin ərizəsinə
o zaman baxılır ki, o, bütün sənədləri doldurduqdan sonra müvafiq
dövlət rüsumunu - 15 manatı ödəsin".
M. Mərdanovun sözlərinə görə, bu sistemin yaradılması şəffaflığın təmin edilməsi yönündə atılan addımlardan biridir. Sistemin tətbiqi nəticəsində artıq diplomunu tanıtmaq istəyən şəxsin nazirliyə gəlməsinə ehtiyac qalmayacaq.
Nazir təqdim olunan sistemdə bəzi düzəlişlərin edilməsini də zəruri sayıb: "Bəzi hissələrin adları dəyişdirilməli və insanları başa düşəcəyi daha sadə dildə göstərilməlidir. Bu sistem hələ aktiv deyil. O, yalnız müəyyən düzəlişlər edildikdən və tam bəyənildikdən sonra istifadəyə veriləcək. Bunun hazırlanmasında isə əsas məqsəd insanların elektron biliklərinin artırmaqdır".