news Image
2012.10.09
13:04
| A A A
Çörəyin bahalaşmasının səbəbi açıqlanıb
Son günlər Bakı şəhərində pərakəndə ticarət şəbəkəsində çörəyin satış qiymətinin artması dünya bazarında taxılın və ölkə daxilində unun bahalaşması ilə bağlıdır.

Bu barədə "APA-ECONOMICS"ə Bakının çörək bazarında ən iri iştirakçılardan biri və çörəyin qiymətində digər istehsal sexləri üçün qiymət oriyentiri rolunu oynayan "Sərham" MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru Rasim Nəbiyev bildirib. 

Qeyd edək ki, son vaxtlar ticarət obyektlərində çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qalxıb.

R.Nəbiyevin sözlərinə görə, bir qədər əvvəl unun 50 kq-lıq kisədə qiyməti 14-14,5 manat təşkil edirdisə, indi bu qiymət dəyirmanda 19,5 manata, yol xərci əlavə edildikdə isə 19,8 manata qədər yüksəlib. Nəticədə, unun bahalaşmasının çörəyin qiymətinə təsirini azaltmaq üçün zavod çörəyin çəkisini də artırıb. Zavod direktorunun sözlərinə görə, indiyədək çəkisi 580-600 qram olan çörəklər mağazalara 25-26 qəpikdən verilib və əhaliyə 30 qəpikdən satılıb. İndi isə çörəyin çəkisi 800 qrama qaldırılıb, belə çəkili çörəklər mağazaya 35 qəpikdən verilir və pərakəndə olaraq 40 qəpikdən satılır.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs