news Image
2012.10.09
14:30
| A A A
Nazir müavini: «Azerfon» və «Bakcell» şirkətlərinə ilin sonuna 4G lisenziyası verilə bilər»
Bu ilin sonuna kimi "Azerfon" və "Bakcell" şirkətlərinə 4G xidmətinin göstərilməsinə dair lisenziya verilə bilər.

"APA-ECONOMICS"in məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. 

Hazırda ölkədə 4G xidmətini yalnız "Azercell Telecom" şirkəti göstərir ki, bu xidmətdən istifadə etmək Bakı şəhərinin bəzi yerlərində mümkündür. Şirkət göstərdiyi 4G xidmətinin əhatə dairəsini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, 4G - "dördüncü nəsil" mobil rabitə şəbəkəsi daha yüksək sürətli internetdən istifadə, internetə 100 Mbit/saniyədən artıq sürətlə qoşulmaq imkanı yaradır.