news Image
2012.10.09
17:13
| A A A
Xaricdən gələn həkimlərin qeydiyyatı nə yerdədir?

"Türkiyədən dəvət olunmuş həkimlər ölkəmizdə. İrandan dəvət edilmiş məşhur mütəxəssis bir həftə ərzində klinikamızda olcaq. Müalicənizin tam ağrısız və fəsadsız aparılmasını istəyirsinizsə bizə müraciət edin". Televiziya ekranlarımızı bəzəyən bu tip reklamlara günün istənilən vaxtı rast gəlirik.

Bakı şəhərində fəliyyət göstərən özəl klinikaların əksəriyyətində xaricdən dəvət edilmiş mütəxəssis həkim kollektivləri müxtəlif yoxlamalar apararaq cərrahiyyə əməliyyatları həyata keçirirlər. Həkimlər bəzi hallarda heç bir müqavilə olmadan çalışırlar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşıSəfayəMəmmədova bu məsələ ilə bir neçə qurumun məşğul olduğunu bildirərək qeyd etdi: "Bu iş yalnız Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmir. Təhsil Nazirliyində onların diplomları təsdiqlənir və həmin diplomlar klinikalar tərəfindən Səhiyyə Nazirliyinə təqdim edilir. Həkimlərin iş stajı, diplomlarının təsdiqi, işlədikləri yer haqqında bütün məlumatlar öyrənilir. Bütün bu prosedurları keçdikdən sonra xaricdən dəvət edilmiş həkimlərin həmin klinikalarda fəaliyyətinə lisenziya verilir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Məhəmməd Məhərov məsələ əlaqədar bildirdi: "Həkim işçi kimi dəvət olunursa, mütləq Dövlət Miqrasiya Xidmətindən xüsusi icazə alınmalıdır. İcazə alındıqdan sonra onlarla əmək müqaviləsi bağlanmalıdır. Ola bilsin ki, onlar xaricdəki hansısa müəssisə ilə mülki qaydada tərəfdaşlıq, əməkdaşlıq müqaviləsi bağlayırlar. Bu müqavilə çərçivəsində müəyyən müddətə gəlib işləyirlər. Bu artıq işçi kimi deyil. İşçi kimi dəvət edildikdə mütləq icazə alınmalıdır. Mütəxəssisi dəvət edən müəssisə mütləq Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Miqrasiya xidməti həmin peşəylə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir. Bundan sonra, ölkəmizdə həmin sahəylə bağlı mütəxəssisin olub-olmaması araşdırılır. Əgər ölkəmizdə həmin sahəni bilən mütəxəssis yoxdursa, xaricdən həkim dəvət edilməsinə razılıq verilir. Razılıq verildikdən sonra onların ölkəmizdə işləməsi üçün 1 illik icazə vərəqəsi verilir. Məhz bu qaydayla 5 ilə qədər icazə verilə bilər". Qısa müddətə dəvət edilən mütəxəssislərə gəldikdə isə Məhərrəm Məhərov bildirdi ki,onlar burda işçi kimi getmirlər: "Xaricdəki tibb müəssisəsi ilə ölkəmizdəki tibb müəssisəsi arasında bağlanan müqaviləyə əsasən onlar burda qısa müddətli fəaliyyət göstərirlər. Türkiyədən, Rusiyadan, Gürcüstandan gəlib burda həkim kimi fəaliyyət göstərən mütəxəssislər var ki, onlar müqavilə əsasında burda işləyirlər. Bir aylıq, bir həftəlik dəvət edilən mütəxəssislər isə klinikalar arasında bağlanmış müqavilə əsasında işləyirlər, bir həkim kimi qeydiyyatda getmirlər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs