news Image
2012.10.10
10:10
| A A A
Bu günə gözlənilən hava şəraiti
Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 15-18, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə oktyabrın 10-da bəzi yerlərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Oktyabrın 09-u axşam və 10-da Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənməsi ilə əlaqədar temperatur rejimində dəyişiklik gözlənilir. Belə ki, ötən günlərlə müqayisədə temperatur 4-6 dərəcə aşağı enərək 19-24 dərəcə isti təşkil edəcək.