news Image
2012.10.10
19:01
| A A A
Azərbaycanda dövlət qulluqçularının əmək haqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq
Azərbaycanda dövlət qulluqçularının əmək haqları onların xidməti fəaliyyəti ilə uyğunlaşdırılacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, stimullaşdırma tədbiridir: "Kim daha çox işləyirsə, o daha çox əmək haqqı almalıdır. Hazırda bununla bağlı sənəd üzərində iş gedir. Bu sənədin hazırlanması 2014-cü ilə nəzərdə tutulub. Lakin çalışacağıq ki, daha tez zamanda bu sənədi beynəlxalq ekspertizadan keçirək, vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr aparaq".

Komissiya sədri həmçinin ali təhsili olmayan şəxslərin dövlət qulluğuna xitam verilməsinə də münasibət bildirib: ""Dövlət qulluğu haqqında" qanunda nəzərdə tutulur ki, inzibati vəzifə tutan şəxslərin ali təhsili olmalıdır. Hər bir vəzifə üzrə tələblər, o cümlədən ixtisas tələbləri müəyyən edilib ki, bunlar da ali təhsilin olmasını zəruri edir. Ali təhsili olmayan şəxs həmin vəzifələrin tutulmasına uyğun gəlmir. Mərkəzi icra hakimiyyəti orqanlarında ali təhsili olmayan şəxslərin sayı çox azdır. Onların müəyyən olunması ilə Komissiya yox, həmin dövlət orqanları məşğuldur".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs