news Image
2012.10.11
14:31
| A A A
Gözündən parazit çıxıb

Movqe.az xəbər verir ki Türkiyədə bir xəstənin gözündən 10 santimetr uzunluğunda parazit çıxıb. Gözündən şikayət edən 60 yaşlı təqaüdçü A.Ö., Göz Mərkəzinə gəlib. Xəstəni müayinə edən həkim Harun Yılmaz, göz bəbəyi içərisində hərəkət edən bir cisim görüncə dərhal digər həkim yoldaşlarını çağırıb. Onların da müayinəsi nəticəsində gözdə hərəkət edən bir cisim olduğu təsbit edilib və xəstə əməliyyat edilib.

Əməliyyatda xəstənin sol gözündən 10 zərrəni aşan parazit çıxıb. A.Ö., bir neçə gün xəstəxanada saxlandıqdan sonra buraxılıb. İlk dəfə belə bir hadisə ilə qarşılaşdığını deyən həkim Harun Yılmaz çox həyəcanlandığını və bunu həkim yoldaşlarıyla paylaşdığını söyləyib.

Həkim Yılmaz təəccübünü belə ifadə edib: "Bir neçə gün əvvəl 60 yaşında bir qadın təqaüdçü müəllim 3-4 gündür davam edən göz ağrısı şikayəti ilə bizə müraciət etdi. Xəstəni müayinə etdiyimizdə konjoktivit yuvasında bir qızartı olduğunu gördük. Sonra konjoktivit altında hərəkət edən bir canlının olduğunu bildik. Çox çaşdım. 13 illik peşə həyatımda ilk dəfə belə bir şeylə qarşılaşıram. Digər həkim yoldaşlarımı da çağırdım. Onlar da bir canlı olduğunu gördü. Bunun parazit olduğunu düşündük. Əməliyyatla çıxardıq. Təxminən 10 santimetr uzunluğunda bir canlı idi. Canlı araşdırılmaq üçün parazitoloji bölməyə göndərildi. Nə çıxacağını maraqla gözləyirik".