Əlaqə Arxiv
news Image
2012.10.11
20:21
| A A A
Bu il Azərbaycanda 1767 heyvanda brusellyoz xəstəliyi aşkarlanıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda 1767 heyvanda brusellyoz xəstəliyi aşkar edilib.

Bu barədə APA-ya Dövlət Baytarlıq Xidmətindən məlumat verilib. Bu ilin 9 ayı ərzində həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 1053054 baş iribuynuzlu, 157331 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq, baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb. Müayinələrin nəticələrinə əsasən, 1323 baş iribuynuzlu, 444 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkarlanıb. Xəstə heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. 

Hesabat dövründə vərəmə qarşı 554664 baş iribuynuzlu, manqoya qarşı 57104 baş təkdırnaqlı heyvan müayinə olunub, xəstə heyvan aşkarlanmayıb. 

Sizin Reklam Yeriniz