Əlaqə Arxiv
news Image
2015.10.01
14:50
| A A A
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edilib

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası 2 dövlət orqanında inzibati vəzifələrin V-VII təsnifatlarına uyğun olan 5 vakant vəzifənin tutulması üçün müsabiqə, 3 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 14 vakant dövlət qulluğu vəzifənin tutulması üçün ümumi müsahibə elan edib. Bu barədə Komissiyadan məlumat verilib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 12-si mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanının aparatındadır.

Xatırladaq ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı bu gündən etibarən oktyabrın 30-dək Komissiyanın rəsmi internet saytında qeydiyyatdan keçərək doldurmalıdırlar. Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə də kağız daşıyıcılarla təqdim edilə bilər.


Sizin Reklam Yeriniz