Əlaqə Arxiv
news Image
2015.10.02
14:14
| A A A
Bu gündən hava dəyişir, leysana hazır olun!
Bu gün axşamdan başlayaraq, ölkə ərazisində hava şəraiti dəyişir, temperatur enəcək, bəzi yerlərdə leysan yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi əsəcək.


Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.


Oktyabrın 3-5-də Abşeron yaraımadasında meteroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.


Azərbaycanın rayonlarında oktaybrın 3-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. Oktaybrın 2-i axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.


Sizin Reklam Yeriniz