Əlaqə Arxiv
news Image
2015.10.02
16:15
| A A A
Sankt-Peterburq Azərbaycana dərman ixrac edəcək

Azərbaycanda səfərdə olan Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb.

 

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qubernator səfərin uğurlu keçdiyini bildirib: "Başlıca mövzulardan biri ərzaq məhsulları mübadiləsinin genişləndirilməsidir. Bu istiqamətdə müqavilələr imzalanıb. Bu keyfiyyətli məhsullar Peterburqa göndəriləcək".

 

Q. Poltavçenko qeyid edib ki, Azərbaycan prezidentini maraqlandıran məsələlərdən biri əczaçılıq məhsullarının istehsalı olub. Belə ki, Azərbaycan tələb olunan dərmanların yalnız 5%-ni istehsal edir: "Dərmanlarımızın Azərbaycana ixracına başlayacağıq və ola bilsin ki, gələcəkdə birgə layihələrə - Azərbaycanda istehsalın yaradılmasına başlayaq".

 

Tərəflər turist axının genişləndirilməsi ilə bağlı da razılığa gəliblər. Bakı da daxil olmaqla, bütövlükdə Azərbaycanın böyük turizm potensialı olduğunu deyən Q. Poltavçenko peterburqluları bu potensialı qiymətləndirməyə çağırıb.

 

Sankt-Peterburq qubernatoru Abadlaşdırma komitəsinə yaşıllaşdırma və ictimai məkanlarla bağlı azərbaycanlı mütəxxəsislərin təcrübəsini öyrənmək barədə tapşırıq verib. Onun sözlərinə görə, Bakı şəhəri təmizliyi, istirahət üçün əlverişli yerləri və yollarının keyfiyyəti ilə seçildiyi üçün komitə əməkdaşları bura təcrübəyə  göndəriləcək.

Sizin Reklam Yeriniz