Əlaqə Arxiv
news Image
2015.10.02
18:00
| A A A
Azərbaycanda hər il 450-500 xəstə üzərində dövlət hesabına ürək əməliyyatı keçirilir
Hər il ortalama 450-500 xəstə üzərində dövlət hesabına açıq və qapalı ürək əməliyyatları keçirilir.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, ürək xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir: "Dövlətimiz tərəfindən bu sahəyə artırılan vəsait sayəsində, ürək xəstəlikləri müalicəsinin effektivliyini daha da artırmaq məqsədi ilə, dünya tibb tələblərinə cavab verən bir müasir avadanlıqlar, sarğı və dərman preparatları alınır. Hazırda stasionar tibb müəssisələrində müalicə olunan xəstələr üçün dərman, sarğı, müxtəlif müayinə üsulları tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir".

 

Qeyd olunub ki, ürək-damar sistemi xəstəliklərinin müalicəsi məqsədi ilə ölkədə dövlət müəssisələrinin maddi-texniki təchizatı yenilənir, kadrların, həkim heyətinin peşəkarlığının artırılmasına ciddi diqqət ayrılır: "Bu tədbirlər çərçivəsində, Elmi-Cərrahiyə Mərkəzinin Ürək cərrahiyə şöbəsi əsaslı təmir olunub, ən son avadanlıqlarla təchiz edilib. Əməliyyat və reanimasiya şöbələri yeni dövrün tələblərinə uyğun olaraq təmir olunaraq ən son, müasir tibbi avadanlıqlarla təchiz edilib. Mərkəzdə kardioqrafiya, angeoqrafiya və digər müayinələrin keçirilməsi üçün ən müasir avadanlıqlar qoyulub".

Sizin Reklam Yeriniz