Əlaqə Arxiv
news Image
2015.10.02
18:18
| A A A
Azərbaycanda 2200-dən çox dərman preparatı satışdan çıxarılıb

Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyinin apteklərdə apardığı yoxlamalar zamanı dövlət qeydiyyatında olmayan 2 200 qutudan çox dərman preparatları satışdan çıxarılıb.

 

Movqe.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında bildirib ki, dövlət qeydiyyatına alınmamış dərmanlar Azərbaycana daha çox Avropa ölkələri, Türkiyə, Rusiya, Ukrayna və Belarusdan gətirilir.

 

P. Əzizbəyov qeyd edib ki, aparılan yoxlamalar zamanı qeydiyyatda olmayan dərman preparatları dərhal satışdan uzaqlaşdırılır.

Sizin Reklam Yeriniz