Əlaqə Arxiv
news Image
2015.10.03
18:00
| A A A
Həm yağış, həm külək
Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq, şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağma ehtimalı var. Şimal küləyi gündüz arabir güclənəcək.


Havanın temperaturu gecə 16-19, gündüz 22-26 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında oktyabrın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əcəcək, bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.


Qeyd edək ki, oktyabrın 2-si axşamdan oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.


Sizin Reklam Yeriniz