Əlaqə Arxiv
news Image
2015.10.04
16:00
| A A A
Çətir götürməyi unutmayın!
Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.


Temperatur gecə 16-19°, gündüz 22-25° isti təşkil edəcək.


Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Gecə 12-17°, gündüz 21-26° isti olacaq, dağlarda gecə 7-12°, gündüz 16-21° isti olacağı gözlənilir.


Sizin Reklam Yeriniz