Əlaqə Arxiv
news Image
2015.10.06
11:00
| A A A
Bərdədə ev yanıb, bir nəfər xəsarət alıb

Bərdədə yanğın hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, rayonun Mirzəxan kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 58 kv.m sahədə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hadisə yerinə gələn yanğınsöndürənlərin yanğına dərhal müdaxiləsinddən sonra evin qalan hissələrini yanğından mühafizə etmək mümkün olub.


Sizin Reklam Yeriniz