Əlaqə Arxiv
news Image
2015.10.06
20:00
| A A A
"Azəryolservis" gücləndirilmiş rejimə keçib

Payız-qış mövsümü ilə əlaqədar olaraq "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib. Movqe.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.


Onun sözlərinə görə, gələcəkdə yarana biləcək hər hansı bir problemin qarşısını almaq üçün qurumun "qaynar xətt"i fəaliyyət göstərir: "Belə ki, mərkəzə daxil olan məlumatlar araşdırılır və xidmətin əməkdaşları dərhal baş vermiş fəsadı aradan qaldırmaq istiqamətində hərəkətə keçir. Dünən yağmış yağış bir sıra yollarda qalıq sular əmələ gətirmişdi. Əməkdaşlarımız dərhal həmin ərazilərə yollanıb və yolları qalıq sularından təmizləyiblər. İşçilərimiz növbəli rejimdə işləyir. Gücləndirilmiş iş rejimində işlədiyimiz üçün ümid edirəm ki, payız-qış mövsümündə çox ciddi problemlərimiz yaranmayacaq".


A.Nəcəfli yağışdan sonra suların yollarda qalmaması üçün görülən işlərdən də danışdı: "Biz yollarda təmirdən sonra suların axıdılması üçün yağış barmaqlıqları quraşdırırıq. Təmir işləri apardığımız yollarda bu qurğunu quraşdırmağa imkan varsa, mütləq orada bu qurğunu quraşdırmağa çalışırıq. Bura yeni saldığımız yollar da daxildir".

Sizin Reklam Yeriniz