Əlaqə Arxiv
news Image
2015.10.07
12:10
| A A A
İcra başçısına məxsus olduğu iddia edilən “Rolls Royce Fantom”un sahibi kimdir?-Foto Fakt
Oktyabrın 3-də "Laçın" Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş  magistral yolu bağlamağa cəhd edərkən Nizami rayonuna yeni icra başçısı təyin olunan Arif Qasımovun hadisə yerinə 90 KX 928 nömrəli "Rolls Royce Fantom" markalı lüks avtomobillə gəlməsi barədə sosial şəbəkələrdə, müxtəlif saytlarda məlumat yayılmışdı. Movqe.az saytı apardığı araşdırma zamanı həmin avtomobilin kimə məxsus olduğunu təsdiq edən fakt əldə edib. Məlum olub ki, Nizami rayonunun icra başçısı Arif Qasımova məxsus olduğu iddia edilən 90 KX 928 nömrəli "Rolls Royce Fantom" markalı lüks avtomobilin sahibi Vəliyev Məsud Fərzəli oğludur.  Həmin avtomobil sürət həddini aşaraq DYP radarına düşüb. Movqe.az həmin  protokolun sürətini təqdim edir. Xatırladaq ki, oktyabr ayının 3-də Nizami rayonunda yerləşən  "Laçın" Ticarət Mərkəzinin qarşısında bir qrup vətəndaş magistral yolu bağlamağa cəhd edib. Aksiyada iştirak edənlərin əksəriyyəti ticarət mərkəzində çalışanlar olub. Vətəndaşların etirazına səbəb kimi, Nizami rayon Dövlət Yol Polisi əməkdaşlarının ticarət mərkəzinin qarşısında avtomobillərin park edilməsinə qoyduqları qadağa səbəb olub. Satıcılar isə bildirirlər ki, hər gün 10 saat bazarda çalışdıqlarından parkomata gündə 5-6 manat ödəməyə gücləri çatmır. Onları məcbur edirlər ki, parkomantlar olan yerdə avtomobillərini saxlasınlar. Nizami rayonun İcra Hakimiyyətinin başçısı Arif Qasımov öz xidməti maşını ilə hadisə yerinə gəlib və aksiya keçirənlərə onların avtomobillərinin dayanacaq yerinin əvvəlki qadada olacağına söz verib. Sözügedən aksiyada diqqətçəkən məqamlardan biri bazar müdirinin avtomobili olub. Bəzi saytlar bu avtomobilin Nizami rayon icra başçısının olduğunu yazır, təhqiredici ifadələr işlədirlər. Lakin araşdırmalar göstərir ki, 90 KX 928 dövlət nişanlı həmin maşın sahibi Bakı şəhəri Nizami rayonu Q.Qarayev pr. ev 59 mən.66 ünvanında yaşayan Vəliyev Məsud Fərzəli oğluna məxsusdu. Məlumat üçün qeyd edək ki, Məsud Fərzəliyev  "MVF", "Laçın Ticarət Mərkəzi" və "Sunay Ticarət Mərkəzi" MMC-lərin rəhbəridir.
Nizami rayonuna yeni icra başçısı təyin edilən Arif Qasımov isə əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sizin Reklam Yeriniz