Əlaqə Arxiv
news Image
2012.10.14
19:01
| A A A
Ötən gün Azərbaycanda 6 zəlzələ baş verib
Zəlzələlərdən 5-i Balakəndə, 1-i Lerikdə qeydə alınıb
Ötən gün Azərbaycanda 6 zəlzələ baş verib. ANS PRESS-in AMEA Respublika Seysmoloji Xidmət Mərkəzienin internet saytına istinadən verdiyi məlumata görə, ən güclü zəzlzələ Balakəndə qeydə alııb.
Oktyabrın 14-ü saat 15.08-də Zaqataladan 31 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınan zəlzələnin dərinliyi 6 km olub. Zəlzələ 4 bal maqnitudada hiss olunub.
Saat 15.13-də baş verən ikinci təkan Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınıb. Zəlzələ Zaqatala, Balakəndə 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax və Qəbələdə 3-5 bal gücündə hiss olunub. Bəzi tikililərdə dağıntılar var.
Saat 15.19-da Zaqataladan 23 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində növbəti zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.40, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb.
Saat 15.19-da Lerik rayonundan 23 km şərqdə də zəlzələ baş verib. Zəlzələnin maqnitudası 3.20, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.
Saat 17.09-da Zaqataladan 23 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində yenidən zəlzələ qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.00, dərinliyi 9 km olub. Zəlzələ hiss olunmayıb
Saat 20.40-da Zaqataladan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində baş verən növbəti təkanın maqnitudası 3.80, dərinliyi 5 km olub. Zəlzələ episentrdə 5, Zaqatala və Balakəndə 4 bala qədər hiss olunub.
Sizin Reklam Yeriniz