Əlaqə Arxiv
news Image
2015.10.08
11:05
| A A A
Azərbaycanda təqaüd üçün elektron müraciət artıq mümkündür

Azərbaycanda "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"ı təsdiq edilib.


Movqe.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən məlumat verir ki, bu Qaydalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri (bundan sonra - Mərkəz) tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin (bundan sonra - müavinət), ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin (bundan sonra - təqaüd) və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir.


Qaydalara əsasən, müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Mərkəzə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər.


Əmək pensiyası hüququ olmayan uşaqlara ailə başçısını itirməyə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslərə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət, onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) yaşadığı ərazi üzrə edilir.


16 yaşından yuxarı uşaqlar bu Qaydalara uyğun olaraq müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müstəqil şəkildə müraciət edə bilərlər.


Müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün ərizəsi cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilir.


Sizin Reklam Yeriniz