Əlaqə Arxiv
news Image
2015.10.08
17:30
| A A A
İstanbulda azərbaycanlı alimin kitabı çapdan çıxıb

 İstanbulda azərbaycanlı coğrafiyaşünas Sitarə Mirmahmudovanın "Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər və onların erməniləşdirilməsi siyasəti" adlı kitabı çapdan çıxıb.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, TEAS yayımları tərəfindən Azərbaycan, türk və rus dillərində çap edilmiş kitabın imtiyaz sahibi və çap koordinatoru Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalovdur.

Azərbaycanın dövlət mükafatı laureatı, professor Kərim Şükürov kitaba yazdığı ön sözdə S. Mirmahmudovanın 30 il əvvəl yazılmış əsərinin elm tarixindəki yeri və bugünkü əhəmiyyətini vurğulayıb. Kitabın redaktoru, tarix elmləri doktoru Fərhad Cabbarov isə əsərə keçmiş sovet respublikalarının önəmli elm mərkəzlərindən verilmiş rəyləri diqqətə çatdırıb.

H. Zeynalov APA-ya bildirib ki, S. Mirmahmudova əsəri 1986-cı ildə namizədlik dissertasiyası kimi müdafiə edib: " Dissertasiya təsdiq üçün SSRİ Ali Attestasiya Komissiyasına göndəriləndən sonra Azərbaycandakı bəzi "beynəlmiləlçilər" ermənilərin "xətrinə dəyə biləcək yerlərini" yenidən işləməsi üçün Sitarə xanıma təzyiq göstərdilər. Sitarə xanım illərlə zəhmət çəkdiyi əsərini geri götürdü, çəkdiyi böyük mənəvi sıxıntıya tab gətirmədi, 1991-ci ildə həyata gözlərini yumdu. Daha sonra əsər yox oldu. Uzun müddətli axtarışdan sonra əsəri tapa bildim. Kitabın hansı şəraitdə yazıldığına şahid olduğumdan 3 dildə çapdan çıxmasının sevincini hamıdan çox mən yaşayıram. Kitabda Sitarə xanımın elmi fəaliyyətinin nəticəsi olan monoqrafiya ilə birlikdə onun hazırladığı 2 xəritə, dissertasiya işinə verilən rəylər və ailə arxivindən fotolar öz əksini tapıb. Əsərin Türkiyə üçün də son dərəcə faydalı olacağına inanıram".


Sizin Reklam Yeriniz