Əlaqə Arxiv
news Image
2015.10.09
19:19
| A A A
Bazarlar arasında qiymət fərqi

Son zamanlar Azərbaycanda baş verən qiymət artımları insanların ucuz alış-veriş üçün üz tutduqları bazarlardan da yan keçməyib. Paytaxtın ən tanınmış iki böyük bazarı olan "Meyvəli" və xalq arasında "Vosmoy" kimi tanınan "8-ci kilometr bazarı"ında da qiymət artımı müşahidə edilir. Apardığımız müşahidələr sözügedən bazarlarda qiymətlərin ürəkaçan olmadığını göstərir. İki bazar arasında apardığımız qiymət fərqləndirməsi əslində alıcılar üçün şad xəbər sayıla bilər. Digərinə nisbətən qiymətlərin bir az baha olmasına baxmayaraq "8-ci kilometr" bazarında daha çox alıcıya rast gəlmək olar. Buna səbəb kimi, həmin bazarın yaşayış məntəqəsinə daha yaxın olmasını göstərilir. "Meyvəli" bazarının üstünlüyü isə qiymətlərin daha münasib olmasıdır. Baxmayaraq ki, ikincidə alıcıya az təsadüf edilir. Satıcılar da məhz bundan şikayətlənirlər. Onların dediyinə görə, alıcıların çoxu demək olar ki, alverçilərdi. Hansı ki, "Meyvəli"-dən daha ucuz qiymətə alıb, digər bazarlarda baha sata bilirlər.

Qiymət fərqlərinə təsir edən əsas amillərdən biri də satıcıların ödədiyi yer puludur. "Meyvəli" bazarında bir yer uzunluğu 3 metr olduğu halda günlük yer pulu 5 manat, "8-ci kilometr bazarı"nda isə 1,5 metrlik yerin gündəlik kirayəsi 6 manatdır. Bu da bazarlar arasındakı qiymət fərqinin nəyə görə belə olduğunu açıqca göstərir.

İki bazar arasında bəzi məhsullar üzrə qiymət fərqi aşağıdakı cədvəldəki kimidir:

Adları

"Meyvəli"

"8-ci kilomer bazarı"

Nar

0,30-2.50 azn

0.60-3 azn

Apelsin

2.10-2.50 azn

2.30-3 azn

Karalyok

0.30-1 azn

0.40-1.20 azn

Mandarin

1.50-2.50 azn

1.80-2.80 azn

Üzüm

0.30-2 azn

0.30-2.50 azn

Kartof

0.55 azn

0.70 azn

Soğan

0.28 azn

0.34 azn

Qarpız

0.10-0.15 azn

0.15-0.20 azn

Balqabaq

0.28 azn

0.35 azn

Alma

0.20 azn

0.33 azn

Xiyar

0.10 azn

0.20 azn

Pomidor

0.50 azn

0.60 azn




Sizin Reklam Yeriniz