Əlaqə Arxiv
news Image
2015.10.12
11:06
| A A A
Bakıda daha bir avtobusun marşurutu dəyişdi

Bakıda sərnişindaşımada sahəsində optimallaşdırılma işləri davam etdirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, 12 oktyabr 2015-ci il tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib. Belə ki, əvvəllər Oksford məktəbi - "Elmlər Akademiyası" m/s - Bakıxanov küç. - Həsən Əliyev küç. - "Gənclik" m/s (5 saylı xəstəxana) - Ağa Nemətulla küç. - F. Xoyski küç. - Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbinin qarşısından "Gənclik" m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.

Sizin Reklam Yeriniz