Əlaqə Arxiv
news Image
2015.10.12
13:25
| A A A
İndoneziyanın Sumatra adasında meşə yanğınlarının söndürülməsi üçün beynəlxalq əməliyyata başlanılıb

İndoneziya, Malayziya və Sinqapurdan olan beynəlxalq komanda Sumatra adasının cənubunda meşə yanğınlarının söndürülməsi məqsədilə beynəlxalq əməliyyata başlayıb. İndoneziya Təbii Fəlakətlə Mübarizə Agentliyinin bildirdiyinə görə, əməliyyatda 7 helikopter və 4 yüngülmotorlu təyyarə iştirak edir.

Sinqapur təbii fəlakətlə mübarizə üçün İndoneziyaya 5 min litr su tutan "Çinuk" təyyarəsini, Malayziya isə 12 saniyədə 6 min litr su səpən "Bombardye" təyyarəsini göndərib.

İndoneziyanın Təbii Fəlakətlə Mübarizə Agentliyindən bildiriblər ki, gələn həftə Avstraliyadan da xilasedicilər qrupunun və göyərtəsində 15 ton su daşımaq qabiliyyətində olan "Herkules" L-100 təyyarəsinin gəlməsi gözlənilir. Avstraliyadakı yanğınların söndürülməsi üçün geri qayıdacaq "tanker təyyarə"nin 5 gün ərzində İndoneziyada əməliyyatda iştirak edəcəyi qeyd olunur.

Xəbər verdiyimiz kimi, meşə yanğınları artıq bir aydır ki, İndoneziyanı ağuşuna alıb. Yaranan tüstü Sinqapur və Malayziya ilə yanaşı, Tailand və Filippinin bəzi rayonlarını da əhatə edib.

Təbii Fəlakətlə Mübarizə Agentliyindən verilən məlumata görə, hazırda yanğın 28 milyon əhalinin məskunlaşdığı ərazini əhatə edib və 47,5 milyard dollar ziyan vurub.




Sizin Reklam Yeriniz