12-31 oktyabr tarixlərində Səyyar ASAN xidmət Ucar rayonunda Ucar və Zərdab sakinlərinə səyyar formada xidmət göstərəcək. Xidmətdən verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi;
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
• Əmək pensiyalarının təyin edilməsi;
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi;
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar
dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki
pasportların verilməsi.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət
xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla
təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və
vətəndaş məmnunluğuna nail olunmasıdır.