Əlaqə Arxiv
news Image
2015.10.12
15:20
| A A A
Azərbaycandakı vərəm xəstələrinin sayı açıqlanıb

Azərbaycanda müalicə-proflaktika müəsissələrində qeydiyyatda olan vərəm xəstlərinin sayı 9 min 757 nəfərdir. Movqe.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2013-cü ildə bu rəqəm 11 456 olub.

Ötən il ilk dəfə qoyulmuş diaqnozla qeydiyyata düşən vərəm xəstələrinin sayı 4384 nəfər təşkil edib. Onlardan 3555 nəfəri ağciyər vərəmindən əziyət çəkir.

Qeydə alınan 4384 vərəm xəstəsindən 3164 nəfəri kişi, 1220 nəfəri qadındır. 2007-ci ildə ilk dəfə qeydə alınan 3713 nəfər xəstənin 2823 nəfəri kişi olub.

Yaşı 13-dən az olan uşaqlar arasında ötən il ilk dəfə qeydə alınan 147 vərəm xəstəsindən 95-i oğlan, 52-si qızdır.

Vərəmə ən çox tutulma halları 18-29 yaşlı insanlar arasında qeydə alınıb. 2014-cü ildə bu yaş qrupunda olan insanlardan 1570 nəfərində vərəm aşkarlanıb. Onlardan 1143 nəfəri kişi, 336-sı qadındır.

Qeyd edək ki, dünyada hər il 8,7 milyon vərəm xəstəsi aşkarlanır. İldə 1,3 milyon bu xəstəlikdən dünyasını dəyişir.

Sizin Reklam Yeriniz