Əlaqə Arxiv
news Image
2015.10.13
11:08
| A A A
Azərbaycanda hepatit B və C viruslu xəstələrin-Şok statistikası

"Vaxtilə insanlara həm tibbi, həm də maddi cəhətdən çox böyük problem yaradan B və C viruslu hepatit də ötən ildən başlayaraq dövlət hesabına müalicə olunur. Hazırda 1529 belə xəstə uzunmüddətli müalicə kursu alır". Movqe.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səhiyyədəki son duruma dair statistik məlumatları açıqlayan nazir bildirib ki, xroniki böyrək çatışmazlığı üzrə dövlət proqramı çərçivəsində ölkədə 34 hemodializ mərkəzində 3 minə yaxın xəstə illər boyu daimi müalicə qəbul edir: "Bunun sayəsində onların ömrü uzanır, ölüm göstəricisi azalır və faktiki olaraq məhz buna görə ildən-ilə belə xəstələrin sayı artır. Bu mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu Bakıya gəlmək məcburiyyətindən azad olaraq müalicəsini yaşadığı yerdə alır".

O. Şirəliyev qeyd edib ki, bu kateqoriya xəstələrə hazırda dializlə yanaşı, artıq böyrəkköçürmə əməliyyatları da həyata keçirilir: "Bu isə əslində ümidsiz xəstələri həyata qaytarmaq deməkdir. Doqquz ay ərzində 62 nəfərə böyrək köçürülüb. İndi Azərbaycanda hər növ orqan köçürülməsi əməliyyatı olunan 653 nəfər var və dövlət onların hamısının dərman təminatını öz üzərinə götürüb".

Onun sözlərinə görə, bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub: "Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə cəlb edilməsi əhalinin sağlamlıq göstəricilərinə tezliklə müsbət təsirini göstərəcək".

Sizin Reklam Yeriniz