Əlaqə Arxiv
news Image
2015.10.13
13:25
| A A A
Şeyxülislam: “Axund və imamlar seçki ərəfəsində diqqətli olmalıdır”

"Azərbaycan dindarları öz vətəndaşlıq borclarını yerinə yetirərək Milli Məclisə seçkilərdə fəal iştirak etməli, bəyəndikləri namizədə səs verməlidirlər".

Movqe.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə QMİ-də keçirilən tədbirdə deyib. O bildirib ki, vacib ictimai-siyasi hadisə olan parlament seçkiləri həssas məqamdır: "Kim kimə səs verir, özü bilər. Amma hamını bu seçkidə fəal olmağa çağırıram".

Şeyxülislam daha sonra xəbərdarlıq da edib: "Hamıya bəllidir ki, belə seçkilər ərəfəsi həssas günlər yaşanır. Mən indi adlarını çəkmirəm, özləri biləcək, bəzi məscidlərin axund və imamlarına bildirmək istəyirəm ki, oranın minbərindən kimlərsə siyasi məqsədlər üçün istifadə etsə, cəzalandırılacaq. Bəzən görürsən ki, kimsə hansısa məsciddə kimlərsə tərəfindən imam kimi minbərə çıxardılaraq danışdırılır. Ora təyin olunan axund və imam bu məsələlərə görə birbaşa cavabdehdirlər və diqqətli olmalıdır".


Sizin Reklam Yeriniz