Əlaqə Arxiv
news Image
2015.10.13
13:40
| A A A
DSMF: Yaşa görə əmək pensiyalarının orta aylıq məbləği beynəlxalq standartlara uyğundur

2015-ci ilin 9 ayının nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 195,6 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43%-ini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur.

 

Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunub.

 

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında fondun gəlirləri  ötən ilin müvafiq dövrünə nisbətən 31,5 mln. manat artaraq 2 mlrd. 185,2 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 mlrd. 304,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5% və ya 62 mln. manat çoxdur.

 

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan Prezidentin müvafiq sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4%-lik artım tətbiq olunub.

Sizin Reklam Yeriniz